Sərt karantin rejimi daha iki həftə uzadılacaq

birbank biznes

e-qaimə fakturanın Vahid Forması, Elektron alış aktı, ictimai iaşə, icazə, karantin rejimi, işləməyəcək yerlər, Həftə sonu qadağası, Vahid büdcə, karantin dövrü artırılır, Özünüməşğulluğun təşkili, Müvəqqəti vergi rejimi, gömrük, tədbirlər planı, Qeyri-iş günləri, aksiz dərəcələri, təsnifat kodları,Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.

Mənbə: report.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun