Sual: Aydındır ki, royalti ödənişləri qeyri-maddi aktivlərdən istifadəyə görə haqdır, qeyri-maddi aktivlər ƏDV üçün mal sayılmır. Bu baxımdan qeyri-rezidentlərə qeyri-maddi aktivlərdən istifadəyə görə ödənilən royaltidən ƏDV hesablanmalıdırmı? Nəzərinizə çatdırıram ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021 tarixli İş № 2-1(102)-463/2021 üzrə çıxardığı Qərarda bu kimi durumlarda royalti məbləğindən əlavə dəyər vergisi hesablanmaması gərəkdiyi əksini tapır.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 169-cu maddələri.
Mənbə: taxes.gov.az
Bax:
İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi
Vergi ödəyiciləri vətəndaşlardan alış aktları ilə inventar ala bilərmi?
Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?