ABŞ şirkəti (hüquqi şəxs) ilə əməkdaşlıq edən vətəndaş orada dollarla bank hesabı açıb. Həmin hesabdakı vəsaiti Azərbaycan bank hesabına köçürə bilərmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Qeyd olunan gəlirlər şəxsin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda vergilər müvafiq qaydada hesablanaraq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.
Yuxarıda qeyd olunan əməliyyatların vergitutma baxımından cavablandırılması üçün əməliyyatın xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Pul köçürülməsi əməliyyatına aid qanunvericiliyin tələbləri haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 96-cı və 101-ci maddələri və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun.
Mənbə: vergiler.az
Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?