Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

Təsnifat kodları, xidməti vəsiqənin nümunəsi, Elektron qaimə-fakturanın forması, Ezamiyyə xərclərinin normalarıAzərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Banner

Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Mənbə: report.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun