Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

birbank biznes

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də özəl və ya kommersiya müəssisələrinə verilən qrant vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlıdır. Məsələn, bir sıra qeyri-hökumət təşkilatları onlara ayrılan qrant vəsaitləri hesabına sənədli və ya bədii film çəkirlər. Bu zaman hesabatlar qrant vəsaitlərinə aid qanunvericiliklə tənzimlənir. Bəs dövlət tərəfindən yerli özəl şirkətlərə filmin çəkilişi üçün ayrılan qrant vəsaitlərinə görə vergi öhdəlikləri necə yerinə yetirilir?Bu suallara maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, yalnız xaricdən alınan qrantlar ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Bizim sualda isə ayrılan qrant xaricdən alınmadığı üçün həmin dövriyyə ƏDV-yə cəlb edilir və ƏDV bəyannaməsinin 301-ci sətrində və Əlavə 3-də göstərilir.

Həmçinin, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, yalnız qeyri-hökümət təşkilatlarının aldığı əvəzsiz köçürmələr mənfəət vergisindən azaddır. Özəl və kommersiya müəssisələrinin hər hansı şəkildə aldığı qrant və ya əvəzsiz alınan vəsaitlərin vergidən azad olunması barədə Vergi Məcəlləsində hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə də film çəkilişi üçün özəl müəssisənin aldığı vəsait hesabat ilinin gəlirinə daxil edilərək mənfəət vergisi bəyannaməsinin 201-ci sətrində əks etdirilməlidir.

Mənbə: vergiler.az

Əmək müqaviləsi olmadıqda işçi və işəgötürənləri nə gözləyir?