Qeyri-hökumət təşkilatlarının sənəd dövriyyəsi həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq

vergi, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Təsnifat kodları, xidməti vəsiqənin nümunəsi, Elektron qaimə-fakturanın forması, Ezamiyyə xərclərinin normalarıAzərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Qeyri-hökumət təşkilatının,   habelə   xarici   dövlətlərin   qeyri-hökumət təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  qəbul  etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci  il 21  oktyabr  tarixli  336  nömrəli  və  “Qeyri-hökumət  təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin  göstərilməsi  və  ya  işlərin  görülməsi  haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabrtarixli 337 nömrəliqərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci  abzasını  rəhbər  tutaraq,  Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci   il 21 oktyabr tarixli 336 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No 11, maddə 1407) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği  və  ianəni  vermiş  şəxslər  barədə  məlumatların  təqdim edilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.2-1.  Qeyri-hökumət  təşkilatları  qəbul  etdikləri  ianə  barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron  məlumat  sistemi vasitəsilə  elektron  qaydada  həyata  keçirilməsi  üçün  müraciət  edə bilərlər.

Banner

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının  aparılması  zamanı  Azərbaycan  Respublikası Ədliyyə  Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron  məlumat sistemi  vasitəsilə  əldə  edilmiş  sənədlərdən  kağız  daşıyıcılarda, yaxud  “Elektron  imza  və  elektron  sənəd  haqqında”  Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2015-ci   il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No 11, maddə 1408) ilə təsdiq edilmiş “Qeyri-hökumət  təşkilatları,  habelə  xarici  dövlətlərin  qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na aşağıdakı məzmunda 1.3-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.3-1. Qeyri-hökumət təşkilatları müqavilələrin “Qeyri-hökumət təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında”  Azərbaycan Respublikası  Qanununun  24-3-cü  maddəsinə  uyğun  olaraq  qeydə alınmasının  Ədliyyə  Nazirliyinin  “Fərdi  elektron  pəncərə”  elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının  aparılması  zamanı  Ədliyyə  Nazirliyinin  “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun olaraq elektron qaydada istifadə edilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7may 2021-ci il

No 137

Mənbə: nk.gov.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun