Peşəkar Mühasib Sertifikatı ilə bağlı Qərara dəyişiklik edilib

1 günə girovsuz və zaminsiz sürətli kredit

PMS ilə bağlı Qərar“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2178; 2021, № 4, maddə 406, № 12, maddə 1513) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “hüquqi şəxslərin” sözlərindən sonra “2023-cü il yanvarın 1-dək işə qəbul edilən” sözləri əlavə olunsun və həmin hissədə “2022-ci il” sözləri “2024-cü il” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri – 2024-cü il 30 dekabradək;”.

3. Aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az