Özəl sektorda əmək müqavilələrinin sayı 751,3 minə çatıb

birbank biznes

Müddətli əmək müqaviləsinə xitam verilməsi, Sərtləşdirilmiş karantin rejimi,Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. İşəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görülən işlərin müsbət nəticəsi kimi özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib. Əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87,2 min, yanvarın 1-dən isə 110 min artaraq iyulun 1-də 751,3 minə çatıb.

Mənbə: vergiler.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Bax: Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri hansılardır?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.