Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınan ödənclər hansılardır?

birbank biznes

Məzuniyyət hüququ, Əmək Qanunvericiliyi, Əlillik təyinatı, Torpaq vergisi, Cari vergi ödəmələri, inventarizasiya, Ezamiyyə , Əmək pensiyalarının hesablanması, ƏDV, məzuniyyət haqqı, müavinət, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi,Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınan ödənclər:

  • faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatların bir aya düşən müvafiq hissəsi;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • iqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə ,hamiləliyə və doğuma görə müavinətlər;
  • qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı.

Mənbə: sosial.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun