Ticarət və ictimai iaşə obyektləri nağdsız ödənişdən imtina edə bilərmi?

birbank biznes

POS-terminallar üçün tələblər, nağd qaydada alına bilən mallar, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, xammal və material sərfi, Kommunikasiya Strategiyası, əmlak vergisi, Əlavə dəyər vergisinin bəyannaməsi, Elektron xidmətin istifadəsi, DVX forum, Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Üstümdə nağd pul olmadığına görə restoranda hesabı kartla ödəmək istədim. Lakin restoran işçiləri nağdsız ödənişi qəbul etmədilər. Hər hansı obyekt – restoran və ya market nağdsız ödənişdən imtina edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur.

Həmin qərara əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

Mənbə: vergiler.az


Yaşayış sahəsi alarkən ödənilmiş ƏDV hansı şərtlərlə qaytarılır?