Sahibkarlar üçün Mobil POS-da əməliyyatlar hələ də komissiyasızdır

Xəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş vasitələrindən ödənişləri qəbul edə bilərlər.

Bu yeniliyin daha əlçatan olması üçün Kapital Bank xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 31 iyul 2022-ci il tarixinədək bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək Mobil POS vasitəsilə keçirilən əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Üstəlik Mobil POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.

Qeyd edək ki, xidmətdən yararlanmaq üçün Android əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.

Mobil POS vasitəsilə ödəniş qəbul etmək, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 10 97  nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Banner