“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ən yüksək göstəriciyə çatıb”
“2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 %-ə çatıb”.
Mənbə: report.az