Kapital Bank – 146 il sizinlə!

24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

Bu münasibətlə Kapital Bank çoxsaylı müştərilərinə hədiyyə verir. Bunun üçün ölkənin ən məşhur mobil tətbiqi olan BirBank vasitəsilə 24 iyul tarixində istənilən əməliyyat etdikdə, istifadəçilərə əlavə olaraq 1000 “ürək” hədiyyə olunacaq. Sonra həmin bonusları, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, Kapital Bank əmanət kassa kimi yarandıqda Uçot Komitəsinin tərkibində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

Kapital Bank fəaliyyətinin 146-cı il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, Kapital Bankla birgə olduqları üçün təşəkkürünü bildirir.


Bax: Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin müsahibəsi

Banner