İqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılması üçün müəyyən edilmiş meyarlardan biri – faizlər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərinin nəzərə alınmasının düzgünlüyünün araşdırılması meyarı ləğv edilib
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Mənbə: report.az