İş və istirahət günlərinin yeri dəyişdirildi

birbank biznes

noyabr qeyri-iş günləriAzərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.


İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  dəyişiklik edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2006-cı  il  8  dekabr tarixli  194-IIIQD  nömrəli  Qanununun  tətbiq  edilməsi  haqqında” Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  18  dekabr tarixli  489  nömrəli  Fərmanının  2-ci  hissəsinə  əsasən  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş  və  istirahət  günlərinin  ardıcıllığını  təmin  etmək  məqsədilə 2022-ci  il  7  noyabr  iş  günüilə  5  noyabr  istirahət  gününün  yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 oktyabr 2022-ci il

Mənbə: nk.gov.az