Minimum aylıq əməkhaqqının illər üzrə göstəriciləri
- 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN);
- 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN);
- 2007-ci il fevralın 1-dən 50 manat;
- 2008-ci il sentyabrın 1-dən 75 manat;
- 2010-cu il sentyabrın 1-dən 85 manat;
- 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat;
- 2013-cü il sentyabrın 1-dən 105 manat;
- 2017-ci il yanvarın 1-dən 116 manat;
- 2018-ci il yanvarın 1-dən 130 manat;
- 2019-cu ilin martın 1-dən 180 manat;
- 2019-cu il sentyabrın 1-dən 250 manat.
Qeyd: “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli 937 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1265 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Mənbə: sosial.gov.az
Bax: