Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz artırılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 6 milyard 580 milyon manatının və yaxud 17,1 %-nin hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,7 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Banner

Mənbə: report.az