Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

birbank biznes

hüquq pozuntuları, Əmək müqaviləsinin forması, 190 manat, Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 76,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Həmin vəsaitin 73,3 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Xidmət gecikdirilmiş vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Görülən tədbirlər zamanı həmçinin aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

Mənbə: sosial.gov.az