Hesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi hansı öhdəliyi yerinə yetirməlidir?

birbank biznes

Əmtəə nişanlarının təkrar istifadəsi, sahibkarlıq fəaliyyəti,VÖEN-i bağlatmışdım, yenidən bərpa etmək istəyirəm. İşlədəcəyim ticarət obyektinin işə düşməsinə 2-3 ay qalmasına baxmayaraq, sənədləşmə işləri üçün VÖEN aktiv olmalıdır. Bu halda vergi orqanına hər ay hesabat göndərməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi “Youtube” səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Bundan əlavə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

Mənbə: vergiler.az