Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?

birbank biznes

Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, xammal və material sərfi, Kommunikasiya Strategiyası, əmlak vergisi, Əlavə dəyər vergisinin bəyannaməsi, Elektron xidmətin istifadəsi, DVX forum, Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Mən taksi xidməti göstərmək üçün VÖEN almışam, ancaq indi fəaliyyət növunü dəyişdirmək istəyirəm. Bunun üçün nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsindəki “”Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Mənbə: vergiler.az


Ezamiyyə xərclərinin gəlirdən çıxılması