Ezamiyyətdə olan işçi bunları bilməlidir

birbank biznes

ezamiyyət,Bu yazımızda ezamiyyətdə olan işçinin təminatlarını deyil, hüquqlarını vurğulamaq istəyirik. Hər bir halda işçi ezamiyyətə getdikdə hansı təminatları olmasını öyrənsə də, hansı hüquqlarının olması barədə tam məlumatlı olmaya bilir. Bu səbəbdən də mövzu çərçivəsində hüquqları vurğulayacağıq.

Həmin hüquqlara aiddir:

  • Ezamiyyətdə olduğu dövrdə onun əvəzinə müvəqqəti işə götürülən işçi ilə ezamiyyət dövründən artıq olmayan müddət üçün müddətli əmək müqaviləsi bağlana bilər.
  • Əmək müqaviləsi müddətli olduqda, həmin müddətin sonu ezamiyyət dövrünə düşürsə, bu halda yalnız ezamiyyət başa çatandan sonra 1 həftə ərzində müqaviləyə xitam verilə bilər. Ezamiyyət dövründə müqaviləyə xitam verilə bilməz.
  • Ezamiyyət dövründə işçinin iş yeri və orta əməkhaqqısı saxlanılır və vaxtında ödənilməlidir.
  • Ezamiyyət dövründə intizam tənbehi verilə bilməz.
  • Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, həmçinin 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
  • 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların isə yalnız razılığı olduqda ezamiyyətə göndərilməsinə icazə verilir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov