“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik olunaraq ezamiyyə xərclərinin normaları təsdiq edilib.
Qərara əsasən, Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat məbləği Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manata çatdırılıb.
Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” yeni redaksiyada verilib.
Sənədlə Nazirlər Kabinetinin rəsmi səhifəsindən tanış olmaq olar: https://u.to/miWTIA
Mənbə: nk.gov.az