Əməkhaqqı artımının işçinin məzuniyyətə göndərildiyi aya düşməsi

kompensasiya ödənişi, ƏDV-nin hesablanması,Ölkə başçısının müvafiq sərəncamı ilə 1 yanvar 2022-ci il tarixdən minimum əməkhaqqının məbləği 250 manatdan 300 manata artırılıb. Maraqlıdır ki, yanvar ayında məzuniyyətə gedən işçiyə məzuniyyət haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq olunmalıdırmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması” qaydasına əsasən, məzuniyyətin əmsallaşdırılmasının məqsədi işçinin məzuniyyət dövründəki əməkhaqqını real əməkhaqqına uyğunlaşdırmaqdır. Bu səbəbdən də işçi əməkhaqqında artım olan yanvar ayında məzuniyyətə gedirsə, onun məzuniyyət haqqına mütləq əmsallaşdırma tətbiq edilməlidir. Məzuniyyət haqqı əmsallaşdırılmasa, işçinin yanvar ayı üzrə gəlirləri az olacaq ki, bu da əmsallaşdırma fəlsəfəsinə ziddir.

Misal: Dövlət qurumunda çalışan işçi 20 dekabr 2021-ci ildə 30 günlük məzuniyyət hüququndan istifadə edib. Yanvar ayında işçinin əməkhaqqı artıb. Bu zaman işçinin dekabr ayına təsadüf edən məzuniyyət günlərinə görə hesablanan ödəniş sabit saxlanılsa da, 2022-ci ilin yanvar ayına təsadüf edən məzuniyyət günləri əmsallaşdırma tətbiq edilməklə hesablanmalıdır.

Mənbə: vergiler.az

Banner

Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?