Əmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib

birbank biznes

Əmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib

hüquq pozuntuları, Əmək müqaviləsinin forması, 190 manat, Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatı2020-ci ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4407 müraciət araşdırılaraq cavablandırılıb.

Vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub. Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.

Qeyd edilən hüquq pozuntuları-nın aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

Mənbə: sosial.gov.az