“MKS Academy”nin təşəbbüsü ilə “Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı” adlı yeni kitab dərc olunub.
Kitaba 15 avqust 2024-cü il tarixinə ən son düzəliş və əlavələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, eyni zamanda onun tətbiqi ilə bağlı qəbul edilmiş qanun daxil edilib.
“Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı” kitabı 3 bölmədən ibarətdir:
- Əmək Məcəlləsi (tam şəkildə);
- Son dəyişikliklərin izahı (108 səhifəlik);
- Elektron əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi, habelə işəgötürən və işçi arasında rəsmi yazışmaların ƏMAS altsistemində əks olunması prosesi.
Əmək Məcəlləsində son dəyişikliklər əmək kitabçasının tətbiqi, işəgötürən və işçi arasında yazışmaların sistemləşdirilməsi, müddətli əmək müqaviləsinin bitməsi və müddətinin uzadılması, əmək müqaviləsinə müxtəlif səbəblərdən xitam verilməsi və digər mühüm normalarda düzəlişlərlə yadda qalıb. Yeni nəşrdə onların hər biri ətraflı izah olunub. Kitabın daha bir üstünlüyü isə ƏMAS altsistemində əmək müqaviləsinin elektron sənəd formasında bağlanması və ona dəyişiklik edilməsinin, həmçinin işəgötürən və işçi arasında rəsmi yazışmalar üzrə prosesin addım-addım izah edilməsidir.
Kitabı sifariş etmək üçün 050 368 12 72 saylı telefonla əlaqə saxlamaq mümkündür.
Mənbə: vergiler.az