Əmək Məcəlləsində dəyişiklik edilib

birbank biznes

Əmək Məcəlləsində dəyişiklik, Lisenziyalar və icazələr, Sosial sığorta, Nağdsız hesablaşmalar, tibbi sığorta, Fövqəladə vəziyyət, ƏDV-dən azad, ƏDV-nin qaytarılması, iqtisadi sabitlik, əmək pensiyaları, vergi,Əmək məcəlləsində dəyişiklik edilib. Belə ki Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddənin 1-ci hissəsinin “ı” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “i” bəndi əlavə edilsin:

“i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.”;

1.2. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasında və 38-ci maddənin 2-ci hissəsinin “i” bəndində “əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan” sözləri “əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

1.3. 16-cı maddə üzrə:

1.3.1. 1-ci hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.”;

1.3.2. 2-ci hissədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.4. 54-cü maddənin 1-ci hissəsinin beşinci abzasına “normalarına” sözündən sonra “, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına” sözləri əlavə edilsin;

1.5. 66-cı maddənin ikinci abzasında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 69-cu maddənin 3-cü hissəsində “təqaüdə” sözü “əmək pensiyasına” sözləri ilə əvəz edilsin;

1.7. 74-cü maddənin “Qeyd” hissəsinin ikinci cümləsində “müvafiq dərəcədən əlillik qrupu” sözləri “əlillik dərəcəsi” sözləri ilə əvəz edilsin;

1.8. 78-ci maddənin 2-ci hissəsinin altıncı abzasında “əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara” sözləri “istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.9. 79-cu maddə üzrə:

1.9.1. 1-ci hissənin yeddinci abzasında “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.9.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.”;

1.10. 91-ci maddənin 2-ci hissəsində “2-ci qrup əlil” sözləri “2-ci dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

1.11. 94-cü maddənin 3-cü hissəsinə və 232-ci maddənin 3-cü hissəsinin ikinci cümləsinə “əlillik,” sözündən sonra “o cümlədən” sözləri əlavə edilsin;

1.12. 98-ci maddənin 2-ci hissəsində “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.13. 119-cu maddənin 2-ci hissəsində “qrupundan” sözü “dərəcəsindən” sözü ilə və “əlillərə və” sözləri “əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.14. 130-cu maddənin birinci hissəsinin “ç” bəndində “qrupundan” sözü “dərəcəsindən” sözü ilə və “əlillərə,” sözü “əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.15. 131-ci maddənin 4-cü hissəsinin “ə” bəndi aşağıdakı redaksiyada verilsin:

“ə) əlilliyi olan şəxslərin.”;

1.16. 133-cü maddənin 3-cü hissəsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“əlilliyi olan şəxslərə;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

Mənbə: president.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Bax: Vergi məcəlləsində kiçik dəyişiklik edilib


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun