Sual: İşçiyə 30.11.2019-cu il tarixində 600 azn əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 azn əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 azn olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 azn ayrılıqda, 400 azn ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?
Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?
Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?
Sadələşdirilmiş vergitutma kim üçün məhdudlaşdırılır?
E-qaimə ilə satılan mallar geri qaytarıldıqda hesabatlılıq necə tənzimlənir?
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?