ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?

Mən yumurtanın topdansatışı üzrə fəaliyyət göstərirəm, ƏDV qeydiyyatına alınmışam. Bilmək istərdim ki, ƏDV yumurtanın satışından əldə edilən ümumi dövriyyədən, yoxsa ticarət əlavəsindən hesablanıb tutulacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin  1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.

Qeyd etmək lazımdır ki, ticarət əlavəsi dedikdə, malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.64-cü, 153.3-cü və 174.4-cü maddələri

Banner

Mənbə: vergiler.az

NKA çeki təqdim edilmədikdə hansı maliyyə sanksiyaları nəzərdə tutulur?