Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1535) ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8424821000 alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:
8424823000 |
digər qurğular: kənd təsərrüfatı və ya bağçılıq üçün: digərləri: daşınan qurğular |
1.2. 8424900000 alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:
8428202000 |
kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: səpələnən materiallar üçün |
8428208000 |
kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: digərləri |
1.3. 8433209000 alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:
8433300000 |
samanın tədarükü üçün digər maşınlar |
1.4. 8433400000 alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:
8433510000 |
taxılyığan kombaynlar |
8433520000 |
digər taxıl döyümü maşınları və ya mexanizmləri |