Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

birbank biznes

Dövlət rüsumunun tutulması, sosial sığorta ödəmələri, Vergi məbləğləri, Vergi bəyannamələri, Aktivlər, Vahid elektron lövhə, Ölkələrarası hesabat, vergi sirri, elektron xidmət, Dövlət Vergi Xidməti, Aktiv vergi ödəyiciləri, mühasiblərlə görüş, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, vergi sistemi, DVX, vergi xidməti, işə qəbul, ərizə formaları, Müvəqqəti vergi rejimi, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, sərəncam, Könüllü vergi ödəyicisi, ƏDV-nin qaytarılması, riskli vergi ödəyiciləri, alış aktları, Vergi ödəyicilərinin qəbulu, vergi hesabatlarının vaxtı, VÖEN necə ləğv edilməlidir, Vergi hesabatlarının vaxtı, qeyri-muzdlu, vergi hesabatları, vahid bəyannamə, valyuta, Bəyannamələrin təqdim edilməsiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirərək istifadəyə verib.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.

Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki vasitəsilə tanış olmaq mümkündür.

Mənbə: azertag.az