2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 362 milyon manatının və yaxud 0,95 %-nin dövlət rüsumundan daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,2 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.
Mənbə: report.az