Son 5 ildə dövlət qulluqçularının aylıq əmək haqqı 5,6 dəfə artıb

birbank biznes

əmək haqqı, Sosial xidmətlər, aylıq əmək haqqı, Sosial yardımın müddəti,Ötən 5 ildə dövlət qulluqçularının aylıq əmək haqqı 5,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən 20 il ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb. Həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb. Dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.

Cari il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub. Onların da 29 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7,2 faizi bir ilə qədər, 23,5 faizi bir ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 1022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.

Mənbə: vergiler.az


Bax: Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi necə işləyir?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.