Azərbaycanda doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb

Məcburi dövlət sosial sığortası, ixrac qeydi ilə satış, ƏDV-dən azad edilən kitab və kağızlar, E-qaimə ilə bağlı Qərar, vergi güzəştləri, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, Ezamiyyə xərclərinin normaları, Vahid büdcə təsnifatı,“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 2020-ci ilin dekabrın 31-dən sonra doğulmuş uşaqlar üçün müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq və veriləcək. 2021-ci ilin yanvarın 1-dən əvvəl doğulmuş uşaqlar üçün isə uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə veriləcək.

Belə ki, qərarla əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır.

Banner

Eyni zamanda, həmin müddət Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır.

Mənbə: report.az