Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

birbank biznes

maliyyə hesabatlarının təqdim edilməsi,Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib. Müraciətdə deyilir:

“Dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və yaxud mətbu orqanda dərc etdirməli, eyni zamanda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sözügedən qanuna əsasən publik hüquqi şəxslər və adıçəkilən qanunun tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti il aprelin 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə növbəti il iyunun 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydalara əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatları onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verir.

Mənbə: report.az