Azərbaycanda vergi daxilolmaları artıb

birbank biznes

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 % artaraq 9 milyard 181,4 milyon manat təşkil edib.

Bunu nazir Mikayıl Cabbarov tvitter hesabında bildirib. Onun sözlərinə görə, 6 aylıq vergi daxilolmalarının 5 milyard 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 18,2 % çoxdur.

“İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir”, – deyə nazir qeyd edib.

Mənbə: report.az