2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 429 milyon manatının və yaxud 1,1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,9 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.
Mənbə: report.az