Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6% çox – 705 061 olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Məlumata görə, bunun 38 739-u əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 11,7% çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,1% artaraq 188 961-ə çatıb.
Mənbə: report.az