Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 % artaraq 888 320 təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Yanvar-iyul ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 61 805 olub. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,5 % artımla 242 263 təşkil edib.
Mənbə: report.az










