Atalıq məzuniyyəti neçə gün verilir və necə hesablanır?

Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən “atalıq məzuniyyəti” Beynəlxalq Әmək Təşkilatının tələbləri əsasında müəyyənləşdirilib. Belə ki, təşkilatın “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsində qeyd edilir ki, hər iki valideyn, yəni həm ana, həm də ata mümkün qədər doğumdan dərhal sonra müəyyən bir dövrdə uşaq baxımı üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən 4-cü hissəyə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Yeri gəlmişkən, bu yenilik Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirində də müzakirə olunub. Tədbirin əsas məruzəçilərindən olan iqtisadçı ekspert Anar Bayramov atalıq məzuniyyətinin müddəti, hesablanması, hamıya şamil olunub-olunmaması ilə bağlı incə məqamlara aydınlıq gətirib. Ekspert mövzu ilə bağlı 4 mühüm məqamı xüsusilə vurğulayıb:

Birinci məqam: Atalıq məzuniyyətindən istifadə edən şəxs mütləq qaydada tibb müəssisəsindən arayış əldə etməlidir. Təcrübədə bu arayış uşağın doğulacağı xəstəxanadan və ya qadın məsləhətxanasından alınaraq işəgötürənə təqdim edilir. Arayışda həyat yoldaşının məlumatları və uşağın doğum tarixi göstərilir. Gələcəkdə bu proses elektronlaşdırıla bilər.

İkinci məqam: İşçi arayışı aldıqdan sonra işəgötürənə ərizə ilə müraciət edərək atalıq məzuniyyətindən istifadə etmək istədiyini bildirməlidir. Әmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlər üçün işçinin ərizəsi mütləqdir. İşəgötürən ӘMAS altsistemində 125-ci maddənin 4-cü hissəsinə istinad edərək müvafiq əmr hazırlamalıdır. İşəgötürənin ata olan işçidən nikah şəhadətnaməsinin surətini və ya “my.gov” portalından çıxarışını da əlavə sənəd kimi tələb etməsi mümkündür.

Banner

Üçüncü məqam. Atalıq məzuniyyətinin dövrü doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməlidir. Misal üçün, tibb müəssisəsinin arayışında uşağın doğum tarixi 20 fevral 2026-cı il göstərilibsə, işçinin məzuniyyət dövrü mütləq olaraq bu tarixi əhatə etməlidir. Yəni işçinin məzuniyyəti doğuşdan əvvəlki 14 günü tam əhatə edə bilməz; eyni prinsip doğuşdan sonrakı dövr üçün də keçərlidir. Məsələn, işçi 5 fevral tarixindən 14 günlük məzuniyyətə çıxmaq istəyirsə, bu, düzgün deyil. Eyni qayda ilə işçi 21 fevral tarixindən 14 günlük məzuniyyətə çıxarsa, bu da Әmək Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun hesab edilmir. İşçi yalnız 12 fevral tarixindən başlayaraq 14 günlük məzuniyyət hüququndan istifadə edərsə, qanunvericiliyin tələbi ödənilmiş olur.

Beləliklə, işçinin məzuniyyəti doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməli və mütləq doğuş tarixini özündə ehtiva etməlidir. Qeyd edək ki, məzuniyyət doğuş tarixindən, yəni misalımıza uyğun olaraq, 21 fevral 2026-cı il tarixdən də başlaya bilər.

Dördüncü məqam: Atalıq məzuniyyətinin ödənişi işəgötürən tərəfindən hesablanır. Hesablama Әmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, orta əməkhaqqı əsasında aparılır.

Misal: Aylıq əməkhaqqı 1.000 manat olan işçinin övladı 3 mart 2026-cı il tarixdə anadan olur. İşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü müddətinə atalıq məzuniyyəti hüququndan istifadə edir. Fərz edək ki, işçinin əvvəlki iki ay – yanvar və fevral 2026-cı il üzrə əməkhaqqı, müvafiq olaraq, 1.000 manat və 1.400 manat təşkil edib. Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı Nazirlər Kabinetinin 126 saylı Qərarı ilə tənzimlənir.

Orta əməkhaqqının hesablanması:

2026-cı ilin istehsalat təqviminə əsasən:
Yanvar ayı üzrə – 19 iş günü, əməkhaqqı 1.000 manat;
Fevral ayı üzrə – 20 iş günü, əməkhaqqı 1.400 manat.

Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, 1 iş gününə düşən orta əməkhaqqı məbləği 61,54 manat olacaq:

1.000 + 1.400 = 2.400 manat:
19 + 20 = 39 iş günü;
2.400 : 39 = 61,54 manat.

Atalıq məzuniyyəti dövründəki iş günlərinin müəyyən edilməsi

İşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü məzuniyyətdə olur (2–15 mart 2026-cı il daxil olmaqla). Qeyd edək ki, 2026-cı il üzrə 8 mart (Qadınlar Günü) bayram (qeyri-iş) günüdür və beşgünlük iş həftəsində 9 mart 2026-cı il (bazar ertəsi) əlavə qeyri-iş günü hesab edilir. Bu səbəbdən, məzuniyyət dövrünə düşən iş günləri aşağıdakılardır:

2–6 mart → 5 iş günü;
10–13 mart → 4 iş günü;
Cəmi: 9 iş günü.

Orta əməkhaqqı üzrə məzuniyyət məbləği

Bu zaman işçiyə hesablanan atalıq məzuniyyəti 553,84 manat təşkil edəcək:

9 x 61,54 = 553,84 manat.

Sonuncu əməkhaqqının müəyyən edilməsi

Mart ayında 14 iş günü olduğunu və işçinin aylıq əməkhaqqısının 1.000 manat təşkil etdiyini nəzərə alsaq, işçinin atalıq məzuniyyət dövründə ala biləcəyi məbləğ 642,87manat təşkil edir:

(1.000 : 14) x 9 = 642,87 manat.

Sonuncu əməkhaqqı ilә orta əməkhaqqının müqayisə edilməsi

Әmək Məcəlləsinin 177-ci maddəsinə əsasən:
Hesablanan orta əməkhaqqı: 553,86 manat;
Sonuncu əməkhaqqı əsasında hesablanan məbləğ: 642,86 manat.

642,87 manat > 553,86 manat.

Qanunvericiliyin tələbinə əsasən, müqayisə aparıldıqda daha yüksək məbləğ tətbiq edilməlidir. Bu halda işçiyə ödənilməli olan atalıq məzuniyyətinin məbləği 642,87 manat təşkil edir. Çünki sonuncu əməkhaqqı (642,87 manat) Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, hesablanan orta əməkhaqqından (553,86 manat) yüksəkdir.

Atalıq məzuniyyəti ilə bağlı ən çox verilən suallar:

SıraSualCavabӘsaslandırma
1Atalıq məzuniyyətiyeni müvafiq qanun qüvvəyə mindiyi tarixdən əvvəl doğulan uşaqlara da aid edilirmi?XeyrӘmək Məcəlləsində dəyişikliklər16 yanvar 2026-cı il tarixindən qüvvəyə minib. Bu tarixdən əvvəl doğulan uşaqların atalarına şamil olunmur.
2Atalıq məzuniyyəti özəl şirkətlərdə çalışan işçilərə də şamil edilirmi?BəliӘmək Məcəlləsinin tətbiq dairəsinə daxil olan bütün işçilərə şamil edilir.
3Atalıq məzuniyyəti hərbçilərə də şamil olunurmu?XeyrӘmək Məcəlləsi hərbçilərə şamil olunmur.
4Həyat yoldaşı əmək fəaliyyəti ilə məşğulolan kişi işçilərə şamil edilirmi?BəliKişi işçinin həyat yoldaşının işləyib-işləməməsi tələbi qanunda göstərilməyib.
5Atalıq məzuniyyətinə çıxan işçiyə əməkhaqqından əlavə ödəniş edilməlidirmi?Xeyrİşəgötürən yalnız işçinin işləmədiyi günlər üçün, Әmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, orta əməkhaqqı ödəyir.
6Atalıq məzuniyyətindən uşağın doğumundansonra 3 ay müddətinə istifadə etmək olarmı?XeyrMəzuniyyət dövrü 14 gün olmaqla, uşağın doğum günü də daxil edilməlidir.
SıraSualCavabQeyd
7Atalıq məzuniyyətindən istifadə etməyib kompensasiya almaq mümkündürmü?XeyrKompensasiya yalnız əmək məzuniyyətinə görə nəzərdə tutulub.
8Atalıq məzuniyyətindən hissə-hissə istifadə etmək mümkündürmü?XeyrQanunvericilikdə bu növ məzuniyyətin hissə-hissə istifadəsi nəzərdə tutulmayıb.
9Atalıq məzuniyyətinin hesablanması zamanısonuncu əməkhaqqı ilə müqayisə aparılmalıdırmı?BəliӘmək Məcəlləsinin 111-ci maddəsində “məzuniyyət” anlayışı istifadə edildiyi üçün hesablamada sonuncu əməkhaqqı ilə müqayisə aparılır.
10İşçi mütləq atalıq məzuniyyətini doğuşdan əvvəl və doğuşdan sonra7 gün olmaqla istifadə etməlidir?Xeyrİşçi məzuniyyətdən doğuşdan əvvəl və sonra bərabər müddətlərlə və ya fərqlimüddətlər üzrə istifadə edə bilər. Doğuş gününün məzuniyyət müddətinə daxil olması əsas şərt kimi qəbul edilir.
11İşəgötürən 14 gündən uzun müddətə atalıqməzuniyyəti müəyyən edə bilərmi?BəliӘmək Məcəlləsində məzuniyyət dövrü 14 günmüəyyən edilib. İşəgötürən kollektiv müqavilələrdə və daxili qaydalarda bu müddətiartırmaqla tətbiq edə bilər, lakin bütün işçilərə eyni şərtlərlə şamil olunmalıdır.

Mənbə: vergiler.az