Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Mülki Məcəllənin 407-ci (Müqavilənin bağlanması anı) maddəsinin 2-ci bəndinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
Mənbə: report.az
Bax: Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb