Yeni ildə 7 gün qeyri-iş günü olacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 Yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 Yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 Yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 Yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il Yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 Yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Banner

Yeni ilin ilk iş günü isə Yanvarın 7-də olacaq.

Mənbə: report.az

Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursu