Təlimin adı: Vergi Məcəlləsində dəyişikliklər üzrə ödənişsiz vebinar
Tarixi: 10.12.2022
Məbləğ: Ödənişsiz
Təlimin növü: Onlayn
Mövzular: Vergi Məcəlləsində ediləcək dəyişikliklər.
Kurs üçün qeydiyyat linki: https://forms.gle/G7Qot7EQnGy1aCKw8
Təlimçi barədə:
Qənbərov Azər Oqtay oğlu
Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.
Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.
SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.
Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.
Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.