Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127% əməl edilib”

Vergi daxilolmaları, vergi inzibatçılığı, Sahibkarlar, İqtisadiyyat naziri, dövlət vergi xidməti, səlahiyyət, Vergi stimulları üzrə qanunvericilik paketi, maliyyə, sahibkarlar,“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.

“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.

Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, – deyə nazir əlavə edib.

Mənbə: report.az

Banner


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun