Muzdla çalışan işçilәrin әmәk haqqı artıb

birbank biznes

əmək haqqı,Bu ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәk haqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәk haqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri-neft-qaz sektorunda 654,8 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәk haqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat təşkil edib. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәk haqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

Mənbə: vergiler.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun