Malların ixrac qeydi ilə satışı Qaydası təsdiq edildi

birbank biznes

Malların ixrac qeydi ilə satışı Qaydası, karantin rejimində dəyişikliklər, Sığortaolunanların fərdi uçotunun aparılması, karantin rejimi, Nağd pul vəsaitinin uçotu, tibbi sığorta, gömrük rüsumlarının dərəcələri, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, Elektron alış aktı, ictimai iaşə, icazə, karantin rejimi, işləməyəcək yerlər, Həftə sonu qadağası, Vahid büdcə, karantin dövrü artırılır, Özünüməşğulluğun təşkili, Müvəqqəti vergi rejimi, gömrük, tədbirlər planı, Qeyri-iş günləri, aksiz dərəcələri, təsnifat kodları,Nazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.

“Report” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

“Malların ixrac qeydi ilə satışı Qaydası”na əsasən:

  • ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;
  • ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;
  • malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;
  • ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.


“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1047 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların ixrac qeydi ilə satışı qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2020-ci il
№ 448

Faylı yükləyin: Malların ixrac qeydi ilə satışı Qaydası (558 downloads )

Mənbə: nk.gov.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun