Kapital Bank müştərilərinə müraciət etdi

birbank biznes

Kapital Bank müştərilərinə müraciət etdi

nağd pul krediti, ödəniş, Kapital Bank, Qarabağ əlilləri, Kapital Bank, Sberbank, nağdlaşdırma komissiyası, pos terminal, Kapital Bank, ƏDV, Qırmızı ürəklər, Kapital Bank,Sentyabr ayının 27-dən başlayaraq müharibə şəraitinin davam etməsi səbəbindən, cəbhə bölgəsi ilə yanaşı ölkədə informasiya və kiber müharibə sahəsində də gərginlik davam edir. Həmçinin, Ermənistanın ölkəmizə qarşı olan təxribatları bank/maliyyə sektorundan da yan keçməyib.

Belə ki, ölkə banklarının müştərilərinə bank, bankın rəhbər şəxsləri və ya əməkdaşları adından bankın serverinin erməni hakerlərinin hücumuna məruz qaldığı və bu səbəbdən bankdan depozitlərin dərhal geri çəkilməsinə dair həqiqətə uyğun olmayan mesajlar və elektron məktublar göndərilir.

Müştərilərdən xahiş edirik ki, belə məzmunlu məlumatlara, həmçinin buna bənzər digər əsassız və mənbəyi göstərilməyən məlumatlara əhəmiyyət verməsinlər və yalnız bank tərəfindən KİV-də və ya saytda yerləşdirilən rəsmi xəbərlərə istinad etsinlər.


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun