Ezamiyyə üçün bir günlük norma necə hesablanır və işçi qayıtdıqdan sonra ondan hansı məbləğ tutula (geri alına) bilər?

birbank biznes

ezamiyyə xərcləri, Pul vəsaitinin uçotunun tənzimlənməsi, kassa əməliyyatları, minimum əməkhaqqı təyin olunmasıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarının 1-ci bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Həmin bəndin 1-1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2012-ci il18 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nın 5-ci bəndinin dördüncü və altıncı  abzaslarına və 6-cı bəndinin birinci abzasına əsasən  nəqliyyat xərclərinə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.


Hansı qurumlarda peşəkar mühasib tələb olunur?

Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.

Yuxarıda qeyd edilənlərə əsasən yalnız nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir. Bu zaman ezamiyyə xərcləri norması çərçivəsində işçiyə avans olaraq verilən ezamiyyə xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) işçi tərəfindən tam xərclənmədikdə xərclənməyən hissə barədə işçidən hər hansı bir təsdiqedici sənəd tələb olunmur və bu hissə işçidən tutulmur. Ezamiyyə üçün avans olaraq verilmiş məbləğ ezamiyyə xərcləri norması üzrə hesablanmış məbləğdən (nəqliyyat xərcləri istisna olmaqla) çox olduqda isə artıq qalmış borc məbləği işçidən tutulur.

Mənbə: sosial.gov.az


Əməkhaqqı artımının işçinin məzuniyyətə göndərildiyi aya düşməsi