Əmlak vergisi hesablanarkən mənzilin yardımçı sahəsi nəzərə alınmalıdırmı?

birbank biznes

Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, Qeyri-rezidentin gəliri, sahibkarlıq fəaliyyəti, Əmtəə nişanlarının təkrar istifadəsiMənə bələdiyyə tərəfindən göndərilmiş əmlak vergisi borcu haqqında bildirişdə vergi mənzilin yaşayış sahəsinə deyil, yardımçı sahə də daxil olmaqla ümumi sahəsinə əsasən hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

Mənbə: vergiler.az