Əlillik təyinatı əmək qabiliyyətinin itirilmə faizinə əsasən müəyyən ediləcək

Torpaq vergisi, Cari vergi ödəmələri, inventarizasiya, Ezamiyyə , Əmək pensiyalarının hesablanması, ƏDV, məzuniyyət haqqı, müavinət, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi,Qarabağ müharibəsi və Çernobıl hadisələri ilə bağlı əlil olanlarla əlaqədar pensiya təyin olunması üçün bu il 9 min müraciət daxil olacağı gözlənilir. Çünki onların əlilik dərəcəsinin bitmə müddəti bu il başa çatır. Son üç ildə 7000-dən çox ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib, 300-dən çox şikayət isə məhkəməyə göndərilib.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov mətbuat konfransında deyib.

İdarə Heyətinin sədri onu da qeyd edib ki, əgər indiyədək əlillik təyinatı birinci, ikinci və üçüncü dərəcələr üzrə müəyyən edilirdisə, növbəti illərdə əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək. Əmək qabiliyyətinin 81-100 faiz itirilməsi birinci, 61-80 faiz itirilməsi ikinci, 31-60 faiz itirilməsi isə üçüncü dərəcə ilə qiymətləndiriləcək.

Mənbə: vergiler.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *