Əməkhaqqıdan vergi tutulması 2026 -cı ildə necə dəyişəcək?
Özəl sektorda yeni iş yerlərinin açılmasına dəstək məqsədi ilə 2019-cu ildən muzdlu işçilərin əməkhaqqıdan gəlir vergisinə tətbiq edilən 7 illik güzəştləri 2026-cı ilin əvvəlindən bitir.
Bəs yeni vergi güzəştləri gözlənilirmi?
Əgər güzəşt olacaqsa, 2026-cı ildə əməkhaqqı cədvəli necə hazırlanacaq?
Birinci sualən cavabı müsbətdir, bəli güzəştlər olacaq. Belə ki, 2019-cu il güzəştlı vergi tutulmalarının müvafiq sektorda əməkhaqqı sahəsində aparılan islahatların nəticələrinə müsbət təsirini qorunması vacibdir. Odur ki, 2026-cı ildə əməkhaqqıdan vergi tutlmalarına yeni güzəştlərin tətbiqi nəzərdə tutulur. Gözlənilən dəyişikliklərə görə müzdlu işlə əlaqədar daha az gəlirlərdən (2500 manatadək) tutulan gəlir vergisi 50% – 14 faizdən 7 faizə qədər azalacaq. Bu keçid üç il ərzində mərhələlərlə baş tutacaq – 2026-cı ildə 3%, 2027-ci ildə -5%, 2028-ci ildə 7%. Eyni zamanda işçinin aylıq gəliri bu intervalda olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmamasıa tətbiq edilən güzəşt qüvvədə qalır.
Təbii ki, bununla bağlı 2026-cı ildə əməkhaqqı cədvəlinin hazırlanması qaydası, istifadə edilən forma və üsullar da dəyişəcək.
Əməkhaqqı cədvəli – işçiyə çəkilən xərclərin güzgüsü
Əməkhaqqı cədvəli hər bir işçiyə müzdlü işlə bağlı ödənilən bütün məbləğləri (əməkhaqqı, mükafatlar, məzuniyyət pulu, və s.) və onunla əlaqəli tutulmaları (vergilər, sosial sığorta, v s.) özündə əks etdirən əsas mühasibat sənədidir. Əvvəki illərdə olduğu kimi, 2026-cı ildə əməkhaqqı cədvəli işçilərə ödənişlər üçün əsasdır,onun vasitəsi ilə əməkhaqqıdan vergi tutulmalarına, sığorta və digər ödənişlərə, həmçinin vergi uçotu və işçilərlə hesablaşmalara nəzarət edilir.
Cədvəlin əsas elementləri bunlardır:
- cədvəli tərtib edən müəssisənin adı;
- hesablamaların əhatə etdiyi dövr (ay);
- tərtib olunma tarixi;
- ölçü vahidi (manat);
- işçinin adı soyadı, atasının adı, vəzifəsi;
- hesablanmış məbləğ (əməkhaqqı, mükafatlar, əlavələr və sair);
- əməkhaqqıdan vergi tutulması, MDSS, IS, ITS, aliment və sair ödənişlər;
- işçiyə veriləcək məbləğ;
- məsul şəxslərin adları, vəzifələri və imzaları.
2026-cı ildə gəlir vergisi üzrə dəyişikliklərin əməkhaqqı cədvəlinə təsiri
Müzdlu işlə bağlı işçidən tutuln gəlir vergisinə gözlənilən dəyişikliklər özəl sektorda 2026-cı əməkhaqqı cədvəlinin hazırlanmasına birbaşa təsir edəcək. Gəlir vergisi üzrə dəyişikliklər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərini əhatə edir. 2026-cı ildə əməkhaqqıdan vergi tutulması ilə bağlı aşağıdakı dəyişikliklər əməkhaqqı cədvəli hazırlanarkən nəzərə alınmalıdır:
Aylıq gəlir Gəlir vergisi -2026 0 – 2500 AZN 3% 2500 – 8000 AZN 75 AZN + 2500-dən yuxarı hissənin 10%-i 8000 AZN-dən yuxarı 625 AZN + 8000-dən yuxarı hissənin 14%-i
Daha hansı dəyişikliklər olacaq?
Özəl sektorda 2026-cı ildə əməkhaqqı cədvəli hazırlanarkən nəzərə alınmalı digər dəyişikliklər MDSS və İTS ilə bağlıdır. MDSS hesablanması zamanı işçi və işəgötürənə münasibətdə aşağıdakı sxemlər nəzərdə tutulub:
- 200 manatadək əməkhaqqı üçün MDSS – işçi 3 %, işəgötürən 22 %;
- 200-8000 manat üçün MDSS – işçi 10 %, işəgötürən 15 %;
- 8000 manatdan çox oldurqa – işçi 10 %, işəgötürən 11 %.
Gəlir vergisi və MDSS üzrə tutulmalrdan başqa İTS üzrə hesablamalarda da dəyişiklik olacaq:
- 2500 manatadək olan məbləğdən işçi və işəgötürən hər biri üzrə – 2%;
- 2500 manatdan yuxarı olan hissəyə görə işçi və işəgötürən hər biri üzrə – 0,5%.
İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdirilir. İşçinin əməkhaqqıdan digər tutulmalar, əvvəlki illərdə olduğu kimi, mövcud qanunvericilk aklarına uyğun aparılacaq.
Aşağıdakı keçidlərdən 2026-cı ildə əməkhaqqı cədvəli hazırlamaq üçün Excel cədvəlləri yükləmək olar. Cədvəllərdə 2026-cı il üçün əməkhaqqıdan tutulmalara ediləcək bütün dəyişikliklər nəzərə alınıb.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli












